İranın ticarət həcmi 2,8 dəfə artıb
Fev 11, 2022 09:30 Asia/Baku
İranın xarici işlər naziri bildirib ki, ötən altı ayda İranın ticarət həcmi 2,8 dəfə artıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian Tehrandakı xarici səfirlər üçün təşkil edilmiş təbrik mərasiminin kənarında IRIB müxbiri ilə eksklüziv müsahibədə ilahi Fəcr ongünlüyünü təbrik etməklə belə deyib: Müvazinətli xarici siyasət, yəni dünyanın bütün bölmələri ilə əlaqələr formasında İran İslam Respublikasının maraqlarının izlənilməsi, cənab Rəisinin xalq və dəyişiklik yönümlü dövlətinin prioritetində durur.
O, əlavə edib: Bu çərçivədə biz həm öz səfərlərimizdə, həm də xarici heyətləri qəbul edərkən qonşumehvərlilik və Asiyamehvərlilik prioritetinə baxışla bu müvazinəti diqqət mərkəzində saxlamağa çalışmışıq.
Teqlər