Əmir-Abdullahian Türkiyənin xarici işlər nazirinə sağlamlıq arzu edib
-
Əmir-Abdullahian
İran İslam Respublikasının xarici işlər naziri bir tvittdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya sağlamlıq arzu edib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin xarici işlər naziri çərşənbə günü tvitterdə koronavirusa yoluxduğunu bildirmişdi.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cümə axşamı günü gecə tvitterdə belə yazıb: Dostum və qardaşım, xarici işlər naziri Mövlud Çavuşoğluya tamamilə və tez bir zamanda sağalmağı arzu edirəm. İnşaallah, tezliklə sizin fəaliyyətə qayıtmağınızın şahidi olacağıq.
Bu günlər Türkiyə, koronavirusun geniş yayılması səbəbindən, çox çətin günlər yaşayır. Türkiyədəki rəsmi mənbələrin bildirdiklərinə görə, bu ölkədə koronavirus nəticəsində gündəlik yoluxma və ölüm rekordu son həftələrdə dəfələrlə sınıbdır.
Son zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və həyat yoldaşının koronavirusun "omikron" ştamına yoluxduğunu bildirmişdi.