İranın Pastor institutu mutasiyaları müəyyən edən aparatlarla təchiz olunub
https://azeri.sahartv.ir/news/İran-i386105-İranın_pastor_institutu_mutasiyaları_müəyyən_edən_aparatlarla_təchiz_olunub
İranın Pastor institutunun direktoru bir mətbuat konfransında deyib ki, bu institut mutasiyaları müəyyən edən aparatlar və son metodlarla təchiz olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2022 16:10 Asia/Baku
  • Əlirza Bigleri
    Əlirza Bigleri

İranın Pastor institutunun direktoru bir mətbuat konfransında deyib ki, bu institut mutasiyaları müəyyən edən aparatlar və son metodlarla təchiz olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Nəhs korona virusunun İrana daxil olmasının elan edildiyi otuz bəhmən günü ilə bir zamanda, İranın Pastor institutunun direktoru Əlirza Bigleri bu gün səhər bir mətbuat konfransında bu orqanın koronavirusun müxtəlif ştammları ilə üzləşmədəki irəlliləyiş prosesini bəyan edib.

İranın Pastor institutunun direktoru bir mətbuat konfransında deyib: İran koronanın yayıldığı ilk günlərdə virusu müəyyənləşdirən aparat çatışmazlığı ilə üzləşsə də, daxili imkanlara və bacarıqlara söykənməklə bütün ehtiyaclarını təmin etdi və daha bu cür aparatların idxalına ehtiyacı yoxdur.

İranın Pastor institutunun direktoru vurğulayıb ki, ölkə qarşıdakı həftədə vaksin barədə yaxşı xəbərlərin şahidi olacaq. Bu, beynəlxalq cəhətdən olduqca yüksək önəmə malik olmuş olacaq.