Şarməhdin məhkəməsinin ikinci iclası sona çatıb
-
Cəmşid Şarməhdin
İnqilab Məhkəməsinin 15-ci şöbəsində terrorçu və əksinqilabi “Tondər” qruplaşması liderinin məhkəməsinin ikinci iclası başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün keçirilən iclasda prokurorun nümayəndəsi təqsirləndirilən şəxs qismində "Tondar" terror qruplaşmasının lideri, Cəmşid Şarməhdin ittiham aktının digər hissələrini oxuyub. İnqilab Məhkəməsinin hakimi işin davam etdirilməsini növbəti iclasa təxirə salıb.
Tondər terrorçu və əksinqilabçı qruplaşmalardan biridir ki, pəhləvi rejiminin tərəfdarları və düşmən qrupların cəbhəsində fəaliyyət göstərir.
Cəmşid Şarməhdin rəhbərlik etdiyi bu qrupun daha dəqiq adı İran Kral Cəmiyyətidir.
Bu qruplaşmanın dosyasında Şirazın Seyyidüş-Şühəda Hüseyniyyədə bomba partlayışı, Şirazın Sivənd bəndini partlatmaq cəhdi kimi bir çox cinayətlər var. Bunların arasında Şirazdakı Seyyidüş-Şühada Hüseyniyyədə törədilən partlayış ən qanlı hadisədir ki, onda çoxlu günahsız insan şəhid oldu.
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü bundan əvvəl deyib: "Bu cinayət işindən əlavə, bizim əlimizdə Həbib Fərəcullah Çəəbın rəhbərlik etdiyi "Hərəkətül-Nəzal" terror qruplaşmasının işi var ki, bu terror qruplaşmasını formalaşdırıb, idarə və rəhbərlik etməklə terror fəaliyyətləri həyata keçirib və yer üzündə fəsad törtməkdə ittiham olunub.
O əlavə edib: "Bu qruplaşmanın terror aktları arasında; Əhvazda 25 nəfərin şəhid olması ilə nəticələnən hərbi parad zamanı törədilmiş terror hücumu, həmçinin Xuzistan və Abadanda da müxtəlif ofislərdə bomba partlayışları vardır. Bu şəxs həm də İsveç vətəndaşıdır və insanlar görürlər ki, əlləri günahsız insanların qanına bulanan şəxslər, insan hüquqlarını müdafiə etdiklərini iddia edən, lakin başqa ölkələrin insanları üçün heç bir hüquq tanımayan dövlətlərin himayəsi altındadırlar.