Ukrayna böhranı ibrət dərsi ola bilər
https://azeri.sahartv.ir/news/İran-i386287-ukrayna_böhranı_ibrət_dərsi_ola_bilər
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi bir tvittdə qərblilərin Ukrayna böhranından ibrət dərsi almaları zərurətinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2022 07:38 Asia/Baku
  • Əli Şəmxani
    Əli Şəmxani

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi bir tvittdə qərblilərin Ukrayna böhranından ibrət dərsi almaları zərurətinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Şəmxani öz tvittində yazıb: Avropa coğrafiyasının ən şərq hissəsində böhranın yaranmasına görə, maliyyə bazarlarının çökmələri və enerji qiymətinin nəzərəçarpacaq dərəcədə artması göstərdi ki, dünyanın şərq yarımkürəsində səbatsızlıq və əmin-amansızlıq, özlərinin bütün formalarında Qərbin maraqlarına ciddi xəsarətlər vuracaqlar.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da bir tvittdə yazıb: Ukrayna böhranı Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun təhrikedici hərəkətlərində köklərə malikdir.

«Müharibəyə əl atmaq, Ukrayna böhranının həll yolu deyil»- deyən Əmir-Abdullahian bildirib ki, atəşkəsin bərqərarı, siyasi və demokratik həll yolu üzərində təmərküzləşmə, bir zərurətdir.