İran kök hüceyrələr sahəsində dünyanın ilk beş ölkəsindən biridir
-
İranın səhiyyə naziri
İranın səhiyyə naziri deyib ki, İran İslam Respublikası kök hüceyrələr üzrə 800 araşdırma mərkəzi, min xəstəxana və 150 min xəstəxana çarpayısı ilə bu sahədə dünyanın ilk beş ölkəsindən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Bəhram Eynullahi bu gün Tehranın cənub-qərbində yerləşən Məlard rayonunda «Sağlamlıq Şəhidləri» adlı ixtisaslaşdırılmış və yüksək ixtisaslaşdırılmış xəstəxananın açılış mərasimində qeyd edib ki, ölkənin 63 tibb elmləri universitetində 250 min tələbə təhsillə məşğuldur.
İranın səhiyyə naziri korona xəstələrinin müalicəsi və bu xəstəliklə mübarizə barədə isə belə deyib: Korona xəstəliyi göstərdi ki, dünyanın əsas gücləri bir belə inkişaf iddiasına rəğmən, öz tələfatlarının azaldılması sahəsində bir iş görə bilmədilər.
Məlard rayonunda yerləşən «Sağlamlıq Şəhidləri» adlı ixtisaslaşdırılmış və yüksək ixtisaslaşdırılmış xəstəxana bu gün İranın səhiyyə naziri və Tehran vilayətinin məsul şəxslərindən bir qrupunun iştirakı ilə istifadəyə verildi.