İran dünyada nano texnologiyası sahəsində dördüncüdür
https://azeri.sahartv.ir/news/İran-i386757-İran_dünyada_nano_texnologiyası_sahəsində_dördüncüdür
İranın əhatəli elmi xəritənin icrası üzrə aparıcı qərargahının katibi deyib ki, nano texnologiyası üzrə 1414 sənədin perspektivində, dünyada İranın adına texnologiyalar, innovasiyalar və bədii texnologiyalar səviyyəsinin yüksəldilməsi, dünyada milli mərkəz və qüdrət kimi məqsədlər nəzərdə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2022 10:02 Asia/Baku
  • nano texnologi
    nano texnologi

İranın əhatəli elmi xəritənin icrası üzrə aparıcı qərargahının katibi deyib ki, nano texnologiyası üzrə 1414 sənədin perspektivində, dünyada İranın adına texnologiyalar, innovasiyalar və bədii texnologiyalar səviyyəsinin yüksəldilməsi, dünyada milli mərkəz və qüdrət kimi məqsədlər nəzərdə tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, Mənsur Kəbqanian İranın əhatəli elmi xəritənin icrası üzrə aparıcı qərargah şurasının 160-cı iclasının kənarında bildirib ki, bu iclas iki hissədən ibarət olub və onun bir hissəsi nano texnologiyasının nailiyyətləri, digər bir hissəsi isə nano sənədinin məzmununa girişlə bağlı olub.

O, deyib: 2001-ci ildə biz nano sahəsində ölkə boyu yalnız doqquz məqaləyə malik olmuşduq. 2021-ci ildə bu rəqəm on bir min 582 məqaləyə çatıb və nano texnologiyasında İran dünyada dördüncü yeri özünə aid edib.

İranın əhatəli elmi xəritənin icrası üzrə aparıcı qərargahının katibi sonra bildirib ki, ölkədə 915-dən çox nano məhsulu istehsal edilib və indiyədək məhsulların satış həcmi, on bir trilyon beş yüz milyard tümən olubdur.

O qeyd edib ki, nano məhsullarının satışınını doxsan üç faizi ölkə daxilində, yeddi faizi isə ixracat formasında digər ölkələrdə həyata keçirilib; bunun da valyuta dəyəri qırx milyon dollardır.