İranlı taekvondoçu qadınların ilk müvəffəqiyyəti
https://azeri.sahartv.ir/news/İran-i386783-İranlı_taekvondoçu_qadınların_ilk_müvəffəqiyyəti
Beynəlxalq Taekvondo Federasiyasının Prezident Kuboku və Dördüncü Beynəlxalq Taekvondo Yarışlarının qadınlar qrupunda ilk günün mübarizələri iranlı qadın taekvondoçuların liderliyi ilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2022 09:38 Asia/Baku
  • İranlı taekvondoçu qadınlar
    İranlı taekvondoçu qadınlar

Beynəlxalq Taekvondo Federasiyasının Prezident Kuboku və Dördüncü Beynəlxalq Taekvondo Yarışlarının qadınlar qrupunda ilk günün mübarizələri iranlı qadın taekvondoçuların liderliyi ilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yarışlar cümə axşamı günü Əfqanıstan, Azərbaycan Respublikası, Hindistan, İran, İordaniya, Qazaxıstan, Livan, Pakistan, Türkiyə və Özbəkistandan, həmçinin mühacirlər komandasından olan altmış bir taekvondoçunun iştirakı ilə mənfi qırx altı, mənfi əlli üç, mənfi altmış iki və mənfi yetmiş üç kiloqram çəki dərəcələrində başlanıb.

İranın ev sahibliyi ilə “Taekvondo Evi”ndə keçirilən yarışların ilk günün sonunda iranlı qadınlar üç qızıl, üç gümüş və dörd bürünc medal əldə ediblər.

Qazaxıstan bir qızıl, İordaniya bir gümüş, Özbəkistan üç, Azərbaycan Respublikası isə bir bürünc medal qazanıblar.