Rəisidən Əliyevə təbrik müraciəti
-
Rəisidən Əliyevə təbrik
İran prezidenti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü münasibətilə Azərbaycan Respublikasının prezidentinə təbrik müraciəti göndərib.
Müraciətdə deyilir:
Bismillahir-rəhmanir-rəhim
Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü münasibətilə zati-alilərini və qonşu və qardaş Azərbaycan Respublikası xalqını səmimi qəlbdən təbrik edirəm.
İki ölkə ötən otuz ildə ortaq dini, mədəni və tarixi bağlılıqlara və maraqlara əsasən, həmçinin iki ölkə xalqının və yüksək vəzifəli rəsmilərinin iradəsinin spektrində dinc yanaşı yaşama və qarşılıqlı hörmətlə müşayiət olunan səmimi əlaqələri təcrübə edib.
Xoşbəxtlikdən, siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və sair sahələrdəki cari qarşılıqlı əlaqələr inkişafda olan prosesə malikdir və sizin ölkənizdə keçirilən birgə iqtisadi komissiyanın 15-ci iclası bu məsələyə dəlalət edir.
Regional və beynəlxalq şərait,/ qonşu ölkələrin, xüsusən ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələrin möhkəm və müntəzəm əlaqələri zərurətini ikiqat artırır. Əminəm ki, mövcud olan əlaqələr gələcəkdə bütün sahələrdə, xüsusən iqtisadi və ticari sahələrdə iki ölkə xalqının xeyrinə daha da yüksələcək.
İran İslam Respublikası bu istiqamətdə Azərbaycan Respublikası ilə münasibətlərinin bütün sahələrdə kəmiyyət və keyfiyyət cəhətdən yüksəlməsini alqışlayır və öz qonşu ölkəsilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlara hazırdır.
İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji bacarıqlara malikdir və onu dost ölkələrin ixtiyarına qoymağa hazırdır.
İranın texniki-mühəndislik, abadlıq və sənaye sahələri üzrə bacarıqlı şirkətləri Azərbaycan Respublikası şirkətlərilə əməkdaşllığa və sizin azad edilmiş bölgələrinizdə ciddi və effektiv iştiraka hazırdırlar.
Allah-Taaladan zati-aliləri və əziz və doğma Azərbaycan Respublikası xalqı üçün sağlamlıq və firavanlıq diləyir, öncədən əcdadlarımızın irsi və iki xalqın ortaq bayramı olan Novruz bayramı münasibətilə sizi və sizin möhtərəm ailənizi təbrik edirəm.
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti