İran qanın şəkərinə nəzarət edən dərman təqdim edib
https://azeri.sahartv.ir/news/İran-i386989-İran_qanın_şəkərinə_nəzarət_edən_dərman_təqdim_edib
İranda 2-ci tip şəkərli diabetdə qan şəkərinə nəzarət edən ən yeni dərman "Artho Herb" brendi adı altında təqdim edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 16, 2022 11:13 Asia/Baku
  • diabet
    diabet

İranda 2-ci tip şəkərli diabetdə qan şəkərinə nəzarət edən ən yeni dərman "Artho Herb" brendi adı altında təqdim edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Son statistikaya görə, dünyada 460 milyon insan, İranda isə 25 yaşdan yuxarı insanların 11 faizi və ya 5 milyon yarım insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ölkədə yüksək şəkərli diabet xəstəsi, bu sahədə tibbi məhsulların istehsalı üçün tələb olunan texniki biliklərin inkişaf etdirilməsi zərurətini tam əsaslandırır.

İranın Universitet Cihadı Təşkilatının Dərman Bitkiləri İnstitutunun tədqiqatçıları tərəfindən hər biri 46 şəkər xəstəsindən ibarət iki qrup üzərində aparılan klinik sınaqları zamanı bəlli olub ki, gicitikan yarpaqlarının ekstraktının tozu qanın şəkərini xeyli aşağı salır.

Bu klinik sınaq əsasında İranın Universitet Cihadı Təşkilatının Dərman Bitkiləri İnstitutu 2-ci tip şəkərli diabetdə qan şəkərinə nəzarət etmək üçün bu məhsulu  "Artho Herb" brendi adı altında istehsal edib, ictimaiyyətin istifadəsinə verəcək.