İranın rəsmi saatı bir saat irəli çəkilib
Mart 22, 2022 08:44 Asia/Baku
İranın rəsmi saatı bazar ertəsi günü gecə bir saat irəli çəkilib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurası Məclisinin yay və qış vaxtlarına keçidlə əlaqədar qanununa əsasən, hər il İranda martın 21-i, saat 24-də yay vaxtına keçidlə əlaqədar əqrəblər bir saat irəli çəkilir.
Bu qanun yaz və yay fəsillərində gün işığından daha çox istifadə etmək və enerji istehlakını azaltmaq məqsədi ilə tətbiq edilir.
İranın rəsmi saatı qış vaxtına keçidlə əlaqədar sentyabrın 21-i saat 24-də bir saat geri çəkilib, əvvəlki vəziyyətə qaytarılır.
Teqlər