Mart 29, 2022 19:30 Asia/Baku
  • Prezident
    Prezident

İran İslam Respublikası prezidenti Tehran yaxınlığındakı Pərdis Elm və Texnologiya Parkına baxış keçirib və yerli İran şirkətləri tərəfindən hazırlanmış beş biliyə əsaslanan əczaçılıq məhsulunu təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi biliyə əsaslanan iqtisadiyyatın inkişafını ölkənin artım və inkişaf yolunda prioritet istiqamətlərindən biri kimi dəyərləndirib və kompleksin kəmiyyət və keyfiyyətcə inkişafının vacibliyini vurğulayıb. 

Prezident İslam İnqilabının Müəzzəm Rəhbərinin 1401-ci günəş ilinin adlandırılmasında elm əsaslı istehsalın inkişafına xüsusi önəm verdiyini xatırladıb və ölkənin elm əsaslı ekosisteminin bütün aktyorlarını bu sahədə aktiv rol oynamağa çağırıb.

Prezident Rəisi elm əsaslı əczaçılıq şirkətlərinə baxışı zamanı xalqa dərmanların asan və ucuz çatdırılmasının vacibliyini də vurğulayıb.

Teqlər