İranın futbol komandası Livanı 2-0 hesabı ilə məğlub edib
Mart 29, 2022 16:21 Asia/Baku
-
İranın futbol komandası
İran milli futbol komandası Dünya Çempionatı-2022-nin seçmə mərhələsinin son oyununda Livanı 2-0 hesabı ilə məğlub edərək, qrupda birinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, İran Dünya Çempionatının Asiya üzrə seçmə mərhələsini Livan üzərində 2:0 hesablı qələbə ilə başa vurub.
Qarşılaşma İranın şimal-şərqində yerləşən Məşhədin İmam Rza (ə) stadionunda keçirilib. Matçı 12 mindən çox azarkeş canlı izləyib.
İlk qolu 35-ci dəqiqədə hücumçu Sərdar Azmun, 72-ci dəqiqədə isə Əlireza Cahanbaxş ikinci qolu vurub. İran 25 xalla qrupa başçılıq edir.
Cənubi Koreya isə 23 xalla ikinci yerdədir, Şərqi Asiya komandasının bu gün BƏƏ-yə qarşı hələ bir oyunu var.
İran komandası ilk Asiya komandası kimi Qətər Dünya Çempionatına vəsiqə qazanıb.
Teqlər