İranlı futbolçunun qolu ən yaxşı qol adını almağa namizəddir +VİDEO
Apr 01, 2022 09:07 Asia/Baku
-
Əlirza Cahanbəxş
İranlı futbolçu Əlirza Cahanbəxşin qolu 2022-ci il dünya çempionatının seçmə mərhələsinin yekun həftəsinin ən yaxşı qol mükafatını almağa namizəd olub.
SəhərAzəri-nin məlumatına görə, İranın milli futbol komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki son görüşünü öz evində Livan yığması üzərində iki-sıfır hesablı qələbə ilə başa vurub. Komandamız 25 xalla qrup lideri kimi Qətərə yola düşəcək.
Əlirza Cahanbəxş İranın ikinci qolunu son dərəcə gözəl vurmaqla seçmə görüşlərindəki nailiyyətlərini təkmilləşdirib.
Asiya Futbol Konfederasiyası sonuncu həftənin ən yaxşı qolunun namizədlərini təqdim edib. Əlirza Cahanbəxşin qolu da bu qollar arasındadır.