İranda məktəblər yenidən açıldı
-
İranda məktəblər yenidən açıldı
İranda təhsil mərkəzlərində əyani təhsil bu gün səhərdən başlanıb və məktəblilər səhiyyə protokollarına riayət etməklə sinif otaqlarına geri dönüblər.
SəhərAzəri-nin məlumatına əsasən, İran məktəbləri koronavirus pandemiyasının əvvəlindən qeyri-əyani təhsil sisteminə keçmişdilər.
Əlbəttə, məktəblilər 2021-ci ilin noyabrından məktəbdə iştirakı sınaqdan keçirmişdilər və novruz tətillərindən sonra ilk dəfə deyildir ki, məktəbə gəlirlər.
Məktəblilərin sinif otaqlarına geri dönmələri korona ilə milli mübarizə qərargahının qərarından sonra həyata keçibdir.
İranın təlim-tərbiyə nazirliyindəki əlaqədar rəsmilər vurğulayıblar ki, korona ilə milli mübarizə qərargahının qərarının təlim-tərbiyə nazirliyi də daxil olmaqla bütün təşkilatlar tərəfindən icrası zəruridir. Bu zərurət bütün hökumət və qeyri-hökumət məktəblərinə şamil olur.