Xətibzadə: "Vyana danışıqları ABŞ-ın daxili problemlərinin girovudur"
https://azeri.sahartv.ir/news/İran-i387609-xətibzadə_vyana_danışıqları_abŞ_ın_daxili_problemlərinin_girovudur
İranın Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "Razılaşma çox əlçatandır, əgər Amerika qırmızı xətlərimizi keçməyəcəyimizi başa düşsə və bilsə".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 04, 2022 11:16 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "Razılaşma çox əlçatandır, əgər Amerika qırmızı xətlərimizi keçməyəcəyimizi başa düşsə və bilsə".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında Vyana danışıqlarında yaranmış fasiləyə görə Vaşinqtonun məsuliyyət daşıdığını bildirib və əlavə edib ki, əgər amerikalılar razılığa gəlməyə çalışırlarsa, mümkün qədər tez siyasi qərar verməlidirlər.

Xətibzadə ABŞ-ın yeni sanksiyaları ilə bağlı deyib: "ABŞ-ın bu cür ziddiyyətli hərəkətlərini çox görmüşük".

Xətibzadə əlavə edib: "Birləşmiş Ştatlar göstərdi ki, Vaşinqtonun nəzərində hər şey siyasidir və lazım bildiyi zaman öz siyasi məqsədlərinə çatmaq üçün bütün dəyərləri qurban verir və onun üçün vacib olan Vaşinqtonda və Ağ Evdə İran xalqına qarşı formalaşdırılan siyasətdir".

Xətibzadənin dediyinə görə, Vyanada baş verənlər ABŞ-ın yanaşmasından qaynaqlanır və ABŞ qalan məsələləri öz daxili problemlərinin girovuna çevirməyə çalışır. İran və iranlılar əbədi səbir edə bilməzlər. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "Əsas məsələ İranın nüvə anlaşması və BMT-nin 2231 saylı qətnaməsinə əsasən faydalanmasıdır və İranın mənfəət dövrü tamamlanana qədər öz qırmızı xətlərində qalacaq".

Xətibzadə bildirib ki, İran İslam Respublikası Yəməndə atəşkəsin əldə olunmasını alqışlayır və aylardır bunu gözləyirdi.

O, əlavə edib: "Önəmli olan budur ki, İran aylar idi Səudiyyə Ərəbistanını Yəməndəki hərəkətlərini dayandırmağa təşviq edirdi".

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, hazırda Yəməndə atəşkəs ölkə daxilində yəmənlilər arasında dialoq, həmçinin onlara humanitar yardımların göstərilməsi ilə müşayiət olunmalıdır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin Əfqanıstan hadisələrinə də toxunub və əsas hüquqlarından məhrum olan qadın və uşaqların vəziyyətindən narahat olduğunu bildirib.