Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti Rəzəvi Hərəmində ruhanilərə edilən hücumu qınayıb
Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti bir bəyanat yayaraq, Rəzəvi Hərəmində ruhanilərə edilən hücumu qınayıb
SəhərAzəri-nin məlumatına əsasən, Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin bəyanatında deyilir: "Təkfirçi təfəkkürün muzdlularının mübarək Ramazan ayında müqəddəs Rəzəvi hərəmində hövzənin cihad və təbliğat sahəsi fəallarının şəhadəti və yaralanması ilə nəticələnən qəddarcasına cinayəti möhtərəm İran xalqının ürəyini ağrıtdı.
Bu terrorçu və təkfirçi hərəkət İran İslam İnqilabı və dini elmlər hövzələrinin qeyrətli övladları qarşısında din və vətən düşmənlərinin rəzilliyi və həqarətinin kulminasiya nöqtəsini hər zamankındən daha çox ifşa etdi.
Qeyd edək ki, çərşənbə axşamı bir təkfirçi Məşhəd şəhərində İmam Rzanın (ə) Peyğəmbəri-Əkrəm səhnində bıçaqla üç ruhaniyə hücum edib; Hücum nəticəsində bir ruhani şəhid olub, digər ikisi isə xəstəxanaya aparılıb və müalicəsi davam etdirilir.
Hücum edən şəxs də hüquq-mühafizə orqanları əməkdaşlarının köməyi ilə həbs edilib və İranın kəşfiyyat və təhlükəsizlik qüvvələrinə təhvil verilib.