İranın Atom Enerjisi Təşkilatının sədri: "10 min MVt elektrik enerjisi istehsalı nüvə intibahıdır"
İranın Atom Enerjisi Təşkilatının sədri verdiyi açıqlamada atom elektrik enerjisi sahəsində təxminən 10 min MVt elektrik enerjisi istehsal ediləcəyini açıqlayıb və bu inkişafı "nüvə intibahı" kimi qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami deyib: "İranın nüvə texnologiyası ölkənin ehtiyacıdır və dinc məqsədlidir və başqa məqsəd daşımır".
İslami vurğulayıb: "Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri nüvə obyektlrəinə bir neçə dəfə baxış keçiriblər, onların iddia etdiyi sənədlər saytların birində ümumiyyətlə İranda olmayan urana işarə edir və bütün bunlar İrana təzyiq göstərmək məqsədi daşıyır.
O, bildirib ki, başqa ölkələrin problem yaratması, istəməməsi və əməkdaşlıq etməməsi İranın Atom Enerjisi Təşkilatının iranlı gənclərin bilik və səylərindən istifadə edərək müxtəlif texnologiyaları inkişaf etdirməsinə səbəb olub.