Apr 08, 2022 21:44 Asia/Baku
  • Kazım Seddiqi
    Kazım Seddiqi

Tehranın müvəqqəti imamcüməsi vurğulayıb ki, nüvə sənayesi İran xalqının şəri və qanuni haqqıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Seddiqi Tehranın buhəftəki ibadi-siyasi cümə namazının xütbələrində milli nüvə texnologiyası gününə toxunub. Deyib ki, nüvə enerjisi suyun şirinləşdirilməsi, dərman və tibb kimi istiqamətlərdə dünyanın bugünkü zərurətlərindəndir.

Seddiqi əlavə edib: İran xalqının bu sənayeyə ehtiyacı var; buna görə, bu sənayeyə malik olmaq, İran xalqının şəri və qanuni haqqıdır.

Tehranın müvəqqəti imamcüməsi sonra deyib: Nüvə anlaşması müzakirələrinin davam etdirilməsi məsələsində rəhbərliyin təkidi, qarşı tərəflərə inanmamağa, lazımi qərarların çıxarılması və faktların real şəkildə yoxnalımasına yönəlib.

 

Teqlər