İran ölkədəki toz hissəcikləri böhranına görə, Türkiyəni günahlandırır
https://azeri.sahartv.ir/news/İran-i387815-İran_ölkədəki_toz_hissəcikləri_böhranına_görə_türkiyəni_günahlandırır
Türkiyə Dəclə və Fərat çayının qolları üzərində 22 bənd və 13 elektrik stansiyasının yer aldığı GAP planı ilə İraq, Suriya və İranı yaşanmaz ərazilərə çevirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2022 13:45 Asia/Baku
  • İran ölkədəki toz hissəcikləri böhranına görə, Türkiyəni günahlandırır

Türkiyə Dəclə və Fərat çayının qolları üzərində 22 bənd və 13 elektrik stansiyasının yer aldığı GAP planı ilə İraq, Suriya və İranı yaşanmaz ərazilərə çevirəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin bu su oğurluğu İraqın geniş kənd təsərrüfatı ərazilərinin qurumasına, İraq torpaqlarının quruması da İranda kütləvi toz kütlələrinin yaranmasına səbəb olur.

Fərat suyunun 75 faizini saxlayan və 50 milyard kubmetr tutumu olan Atatürk bəndi İrandakı 650 bəndə və bütün İran sularının yarısına bərabərdir. Həmçinin İlisu bəndi on milyard kubmetr su tutumu və Dəclə suyunun 56 faizni saxlamaqla İraq və Suriyanın kənd təsərrüfatı ərazisinin milyonlarla hektarını tərk edilmiş əraziyə çevirib.  

İranın paytaxtının çirklənmə səviyyəsi kritik həddə çatıb və bu çirklənmənin cilovlanması və nəzarətə alınması üçün ekspert tədbirləri görülməlidir və Türkiyə bu məşum hadisənin əsas səbəbkarıdır ki, İraq, Suriya və İranla birlikdə beynəlxalq qurumlarda ölkələrin su kvotası ilə bağlı iddia qaldırmalıdırlar.