AES inşası ölkəyə bir zərurətdir
-
Behruz Kəmalvəndi
İranın Atom Enerjisi Təşkilatının sözçüsü vurğulayıb ki, Atom Elektrik Stansiyasının inşası ölkəyə bir zərurətdir.
SəhərAzəri-nin məlumatına əsasən, Behruz Kəmalvəndi deyib: Avropa ölkələrinin özləri belə bir gerçəkliyə çatıblar ki, Atom Elektrik Stansiyasının inşasından qaçmaq yolu yoxdur.
Kəmalvəndi əlavə edib: Xərcəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində işlədilən Yod-131 radioaktiv preparatı kapsulasının istehsal xəttinin yaradılması, ağır su ilə bağlı məhsulların genişləndirilməsi, tibb istifadələri istiqamətində bal arısı zəhərinin emalı üçün qamma şüalanmasından istifadə, çu çatışmazlığı qarşısında toxumun gücləndirilməsi və islah edilməsi, sterilləşdirmə üçün nüvə şüalanmalarından istifadə, bu sahədə baş vermiş irəliləyişlərdəndir.
Kəmalvəndi həmçinin Darxoveyn-də 360 meqavatlıq İran elektrik stansiyasının inşasına toxunub. Bildirib ki, on min meqavatlıq atom elektrik cərəyanı istehsalı üzrə qanuni tapşırığın icrası istiqamətində planlaşdırılmış bu stansiya, İranın Atom Enerjisi Təşkilatının iş gündəmində durur.