İran XİN-dən maraqlı təklif
https://azeri.sahartv.ir/news/İran-i387852-İran_xİn_dən_maraqlı_təklif
İran Xarici İşlər Nazirliyi futbol üzrə 2022-ci il Qətər dünya çempionatında iştirak edəcək xarici vətəndaşları təşviq etmək məqsədilə həmin günlərdə İrana səyahət etmək istəyənlərə pulsuz vizanın verilməsini təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2022 08:45 Asia/Baku
  • İran XİN-dən maraqlı təklif

İran Xarici İşlər Nazirliyi futbol üzrə 2022-ci il Qətər dünya çempionatında iştirak edəcək xarici vətəndaşları təşviq etmək məqsədilə həmin günlərdə İrana səyahət etmək istəyənlərə pulsuz vizanın verilməsini təklif edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu təklif layihəsinə əsasən, futbol komandaları, futbol üzrə 2022-ci il Qətər dünya çempionatına vəsiqə qazanmış ölkələrin vətəndaşları ərizənin qeydə alınması yolu ilə/ iyirmi günlük qalma və iki aylıq etibarlılıq müddəti ilə bir və ya iki dəfə, həmçinin ondan da çox giriş üçün İrandan pulsuz viza almaq barədə ərizə verə bilərlər.

Təqribən on iki min kvadrat-kilometrlik əraziyə malik olan Qətər futbol üzrə dünya çempionatının keçiriləcəyi müddətdə, böyük ehtimala qarşı, iki milyon beş yüz min nəfərdən çox turist qəbul edəcək.

Qətərin iqlim müxtəlifliyinə, növbənöv cazibə və əyləncəyə malik olmamasına görə, mütləq şəkildə dünya çempionatının tamaşaçıları Qətərdə qalacaqları ikihəftəlik müddətin bir hissəsini ətrafdakı ölkələrə səyahətə ayıracaqlar.