Əmir Abdullahian Türkiyənin bənd tikintisi məsələsi ilə bağlı parlamentə gedir
https://azeri.sahartv.ir/news/İran-i387894-Əmir_abdullahian_türkiyənin_bənd_tikintisi_məsələsi_ilə_bağlı_parlamentə_gedir
Parlamentin kənd təsərrüfatı komissiyasının rəhbəri bildirib ki, xarici işlər naziri gələn həftə Türkiyənin Dəclə, Fərat və Araz çayları üzərində bənd tikintisi məsələsi ilə bağlı komissiyanın qarşısına çıxacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2022 08:21 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

Parlamentin kənd təsərrüfatı komissiyasının rəhbəri bildirib ki, xarici işlər naziri gələn həftə Türkiyənin Dəclə, Fərat və Araz çayları üzərində bənd tikintisi məsələsi ilə bağlı komissiyanın qarşısına çıxacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Əskəri deyib: "Təəssüf ki, son illərdə deputatların təqibinə baxmayaraq, iqtisadi diplomatiyanın zəifliyi səbəbindən Türkiyə tərəfindən bu çaylar üzərində bəndlərin tikintisinin qarşısını almaq üçün heç bir tədbir görülməyib".

Milli Məclisin Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər və Ekologiya Komissiyasının sədri əlavə edib: "Türkiyə Dəclə çayının su axınını 56 faiz azaldan İlisu bəndinin inşası ilə İraq və Suriyanın nohurlarının, eləcə də  "Hur Əl-Əzim" bataqlığını qurudub və bu ölkə ərazilərinin təxminən 6,5 milyon hektarını məhv edib. 

Əskəri qeyd edib ki, bu məsələləri nəzərə alaraq, xarici işlər naziri gələn həftə parlamentin Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər və Ekologiya Komissiyasında olacaq və bu nazirliyin fəaliyyəti ilə bağlı hesabat təqdim edəcək.