Xətibzadə: "İran Arəş müştərək neft yatağından istifadə etmək hüququnu vurğulayır"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Küveyt və Səudiyyə Ərəbistanı arasında Arəş neft və qaz yatağı ilə bağlı razılaşmaya toxunaraq, İranın Ərəş müştərək qaz və neft yatağından istifadə etmək hüququnu özündə saxladığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib: "İran İslam Respublikasının Neft Nazirliyi bildirib ki, Ərəş neft yatağı İran, Küveyt və Səudiyyə Ərəbistanı arasında müştərəkdir".
Xətibzadə deyib: "Əslində İranla Küveyt arasında hələ heç bir sərhəd müəyyən edilməyib".
"Biz Küveytə elan etdik ki, sərhədlər müəyyən olunmayana qədər bu yataq istismar edilməməlidir", - deyə iranlı diplomt bildirib.
Xətibzadə əlavə edib: "İran İslam Respublikası Küveyt hökumətinə verdiyi notada sərhədlərin demarkasiyasının vacibliyini bildirib və Küveyt də bunu qəbul edib və bu istiqamətdə sərhədlərin ən qısa zamanda müəyyən edilməsi üçün nümayəndə heyətləri mübadiləsi aparılacaq".