İranlı dizaynerin əməyi qiymətləndirilib
https://azeri.sahartv.ir/news/İran-i388034-İranlı_dizaynerin_əməyi_qiymətləndirilib
İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini, həmçinin idman və yaradıcı sənaye ofisi qrupunun məsul şəxslərinin iştirakı ilə 2022-ci il Qətər dünya çempionatı simvolunun dizaynerinin əməyi qiymətləndirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2022 07:28 Asia/Baku
  • İranlı dizayner
    İranlı dizayner

İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini, həmçinin idman və yaradıcı sənaye ofisi qrupunun məsul şəxslərinin iştirakı ilə 2022-ci il Qətər dünya çempionatı simvolunun dizaynerinin əməyi qiymətləndirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranlı illüstrator Seyid Hüseyn Ocaqinin «Meskat» adlı dizaynı 2022-ci il Qətər dünya çempionatının simvolu kimi seçilib.

İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini Məhəmməd Mehdi Bəradəran dünən Ocaqinin təltif edilməsi mərasimində qeyd edib ki; biz biliyə əsaslanan və məşğulluq yaradan istehsala nail olmaq əzmindəyik.

2022-ci il Qətər dünya çempionatının «Meskat» loqosu dizaynerinin əməyini yüksək dəyərləndirən İranın sənaye, mədən və ticarət nazirinin ümumi sənaye üzrə müavini bu hərəkəti iranlı gənclərin bacarıqlarının nişanəsi adlandırıb və belə qeyd edib: İran xalqının iftixarına səbəb olan dünya çempionatının loqosu kimi seçilən əsər, İran İslam Respublikasının incəsənət iftixarları xəzinəsinə əlavə olacaq.