General-mayor Musəvi: "İran ordus bütün sahələrdə nəzərəçarpacaq dərəcədə irəliləyib"
https://azeri.sahartv.ir/news/İran-i388221-general_mayor_musəvi_İran_ordus_bütün_sahələrdə_nəzərəçarpacaq_dərəcədə_irəliləyib
İran İslam Respublikası Ordusunun baş komandanı ordunun quru qoşunlarının müxtəlif hərbi sahələrdə əhəmiyyətli irəliləyişlərə malik olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2022 10:04 Asia/Baku
  • General-mayor Musəvi:

İran İslam Respublikası Ordusunun baş komandanı ordunun quru qoşunlarının müxtəlif hərbi sahələrdə əhəmiyyətli irəliləyişlərə malik olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "İran Press" xəbər agentliyinin məlumatına görə, general-mayor Əbdülrəhim Musəvi çərşənbə günü ordunun ağır və yarı ağır zirehli maşınlar və təcili yardım maşınları sahəsində əldə etdiyi nailiyyətlərin təqdimatı mərasimində deyib: "Təchizat, təşkilatçılıq və təlim, eləcə də ordudan tələb olunan hər bir şeydə sürətli reaksiya baxımından yaxşı irəliləyişlər əldə etmişik". 

General-mayor Musəvi əlavə edib: "Bu gün iddia edə bilərik ki, şübhəsiz, 100 faizlik hərəkətliliyə çox yaxınıq və bu hərəkətlilik ordunun quru qoşunlarının fabriklərində gənc iranlı alimlər tərəfindən əldə edilib".

İran İslam Respublikası Ordusunun baş komandanı ordu və silahlı qüvvələrin İslam İnqilabının ali məqsədlərinə çatmaq üçün var gücü ilə dayandığını və düşmənlərin istənilən təhdidlərinə layiqli cavab verəcəyini vurğulayıb.