Regionda stabil sülh, Fələstinin işğalının aradan qaldırılması ilə mümkündür
https://azeri.sahartv.ir/news/İran-i388248-regionda_stabil_sülh_fələstinin_işğalının_aradan_qaldırılması_ilə_mümkündür
İran İslam Respublikasının xarici işlər naziri BMT və İslam Əməkdaşlığı Təşkilatının baş katibləri və müsəlman ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktublarda bəzi hökumətlərin və beynəlxalq təşkilatların sionist rejimin cinayətləri qarşısındakı ikili rəftarları və sükuta dalmalarını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2022 06:41 Asia/Baku
  • Regionda stabil sülh, Fələstinin işğalının aradan qaldırılması ilə mümkündür

İran İslam Respublikasının xarici işlər naziri BMT və İslam Əməkdaşlığı Təşkilatının baş katibləri və müsəlman ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktublarda bəzi hökumətlərin və beynəlxalq təşkilatların sionist rejimin cinayətləri qarşısındakı ikili rəftarları və sükuta dalmalarını tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu cür yanaşmaların, Fələstin xalqına qarşı insan hüquqlarını pozmağı şiddətləndirmək istiqamətində rasist sionist rejimi daha da həyasızlaşdırdığını qeyd edən Hüseyn Əmir-Abdullahian öz məktublarında vurğulayıb: Regionda stabil və ədalətli sülhün bərqərarı, yalnız Fələstinin işğalının tam şəkildə aradan qaldırılması, bütün didərginlərin öz ölkələrinə geri dönmələri, Fələstinin bütün əsas sakinlərinin iştirakı ilə referendumun keçirilməsi yolu ilə Fələstinin gələcək hökumət quruluşunun təyini və sonda, İran İslam Respublikasının BMT katibliyi yanında qeydə alınmış siyasi layihəsi əsasında vahid və müstəqil Fələstin dövlətinin təşkili ilə mümkündür.

Əmir-Abdullahian bu məktublarda Qüdsü işğal etmiş rejimin müsəlmanların ilk qibləsinə qarşı hörmətsizliyi, həmçinin yüzlərlə nəfərin yaralanması və həbs edilməsilə nəticələnən Fələstinin namazqılan oruc əhalisinə qarşı vəhşicəsinə hücumlarına şamil olan Fələstində törətdiyi son hadisələrdən dərin nigarançılıq ifadə edib.

İran İslam Respublikasının xarici işlər naziri müsəlmanların hörmət bəslədikləri müqəddəs məkanlara qarşı hər hansı təcavüz və hörmətsizliyi, həmçinin İslam Ümmətinin və müsəlman ölkələrin emosiyalarının pozulmasını,/ rədd olunan və dözülməz bir hərəkət adlandırıb.

Əmir-Abdullahian həmçinin sionistlərin son hərəkətlərini, sionist rejim başçılarının Qüdsün mahiyyətini dəyişmək istiqamətindəki şər mahiyyətli sabit siyasətlərinin davam etməsinin aşkar faktlarından biri kimi, mümkün olan ən kəskin tərzdə pisləyib və belə qeyd edib:

İran İslam Respublikası müqəddəs İslam dininin və digər ilahi dinlərin əsl təlimlərindən ilham almaqla, həmçinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, fələstinlilərin insani hüquqlarının tam şəkildə reallaşması məqsədilə Fələstin xalqının müqaviməti və xilasedici mübarizələrini daima himayə etməyi,/ öz xarici siyasətinin əsas prinsipləri sırasında qərar veribdir.

Bu məktublarda, İslam Əməkdaşlığı Təşkilatı katibliyinin Fələstin ərazilərində baş vermiş son hadisələr barədə olan 15 aprel 2022-ci il tarixli bəyanatına dəstək verən Əmir-Abdullahian dünya ictimaiyyətinin və BMT-nin, xüsusən bu təşkilatın Təhlükəsizlik Şurasının Fələstin xalqının müqavimətini himayə sahəsindəki vəzifələrini yerinə yetirmək istiqamətində təcili və qətiyyətli addımlar atmalarının vacibliyinə təkid edib və istəyibdir ki, son iki həftə ərzində qəsb edilmiş Fələstində baş verən olaylar bu təşkilatların təcili iş gündəmlərinə daxil edilsin.