İslami İranda üçüncü qədr gecəsi mərasimləri keçirilib
-
qədr gecəsi
Fəzilətlə dolu qədr gecələrindən üçüncü gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, İmamət və vilayət aşiqləri dünən gecə, mübarək Ramazan ayının 23-cü gününün gecəsində İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Onlar obaşdan çağınadək Quran qiraət edib, "Cövşən Kəbir» duası oxuyub, böyük ilahi adları zümzümə ediblər.
İsmət və paklıq Əhli-beytinin (ə) mədhiyyəçiləri də müttəqilərin mövlası Həzrət Əlinin (ə) matəmində növhələr oxuyub, müsibəti zikr ediblər.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını diləyir və şiələrin birinci İmamı və dünya ədalətsevərlərin rəhbəri Həzrət Əlinin (ə) şəhadəti günləri ilə bağlı başsağlığı verir.