Aliməqam Rəhbər universitet tələbələri ilə görüş keçiriblər
İran İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar çərşənbə axşamı bir qrup universitet tələbəsi və tələbə birliklərinin nümayəndələri ilə görüş keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə Həzrət Ayətullahül-üzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya portalı məlumat yayıb.
Məlumata əsasən, bu görüş Tehranda İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə və səhiyyə protokollarına riayət edilərək, həyata keçirilib.
Həzrət Ayətullahül-üzma Xameneinin müraciətindən əvvəl tələbə birliklərinin nümayəndələri çıxış edib, öz fikirlərini bildiriblər.
İslam İnqilabının Aliməqam Rəhbəri bu görüşdə buyurublar: İnqilabın universitetlər üçün gördüyü böyük iş onlara kimlik vermək və nəticədə İran millətinə kimlik vermək idi.
Həzrət Ayətullaül-üzma Xamenei əlavə ediblər: "İnqilab millətə şəxsiyyət hissi, xarakter və müstəqillik hissi və aydın üfüq verdi; Təbii ki, bir xalqda milli kimlik və ideallaşma hərəkatı olanda ondan ən çox faydalanan gənc akademiklər və gənc tələbələrdir. Gənc tələbələr öz duyğuları, bilikləri və təmizliyi ilə universitetə kimlik verdilər və bu kimlik hissi universitetin və tələbələrin Qərb dövlətləri qarşısında özünü zəif və aşağı hiss etməməsinə səbəb oldu".
İslam İnqilabının Müəzzəm Rəhbəri daha sonra buyurublar: "İslam Respublikası universitetlə fəxr edə bilər, çünki indiki universitet həqiqətən inqilabın əvvəlindəki universitetlə müqayisə oluna bilməz. Tələbə sayına görə, o gün ölkənin bütün universitetlərində yüz əlli minə yaxın tələbə var idi. Bu gün universitetlərdə tələbələrin sayı milyonlarladır. İnqilabın əvvəlində Tehran universitetlərinin bütün professorları təxminən beş min nəfər idi. Bu gün bizim on minlərlə görkəmli və seçilən professorlarımız var”.
O Həzrət çıxışını belə davam etdiriblər: "Elmi tərəqqi baxımından bugünkü universitetləri İnqilabın əvvəlindəki elmi nailiyyətlərlə müqayisə etmək olmaz. Həqiqətən də o gün universitetdə elmi iş baxımından fəxr edəcəyimiz heç nə yox idi. Bu gün Allahın lütfü ilə universitetdə böyük elmi işlər aparılıb və davam etdirilir".
Aliməqam Rəhbər daha sonra bugünkü beynəlxalq nizama işarə edərək, bildiriblər ki, ABŞ indi keçmişlə müqayisədə hər baxımdan daha zəif vəziyyətdədir.
"Amerika daxildə, daxili siyasətində, xarici siyasətində, iqtisadiyyatında, təhlükəsizliyində, hər şeydə iyirmi il əvvəlki ilə müqayisədə indi daha zəifdir. Dünya yeni nizamın şahidi olur və dünyada yeni beynəlxalq nizam yaranır", - deyə o Həzrət qeyd ediblər.
Həzrət Ayətullaül-üzma Xamenei əlavə ediblər: "ABŞ Sovet İttifaqının dağılmasından sonra dünyada yeganə hegemon olmaq və birqütblü sistem qurmaq istəsə də, hər cəhətdən uğursuzluğa düçar olub".