Vyana müzakirələri dayandırılmayıb
https://azeri.sahartv.ir/news/İran-i388733-vyana_müzakirələri_dayandırılmayıb
İran İslam Respublikasının xarici işlər naziri Tehranın Fələstinə olan daimi dəstəyinə təkidlə bildirib ki, Vyana müzakirələri dayandırılmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2022 13:49 Asia/Baku
  • Vyana müzakirələri dayandırılmayıb

İran İslam Respublikasının xarici işlər naziri Tehranın Fələstinə olan daimi dəstəyinə təkidlə bildirib ki, Vyana müzakirələri dayandırılmayıbdır.

Hüseyn Əmir-Abdullahian Yəmənin Əlməsirə telekanalı ilə müsahibədə Vyana müzakirələrinin davam etdiyini bildirib.

Əmir-Abdullahian söyləyib: Vyana müzakirələri dayandırılmayıb. Müzakirələr, bizə qarşı tətbiq edilmiş birtərəfli sanksiyaları aradan qaldırmaq məqsədi və

Avropa Birliyinin nümayəndəsi vasitəsilə amerikalılarla yazılı mesajlar mübadiləsi yolu ilə başqa bir prosesdə davam etməkdədir.

İranın xarici işlər naziri əlavə edib: Bu danışıqlarda məqsədimiz, güclü və daimi bir anlaşmaya nail olmaqdır. Biz amerikalı tərəfdən istəmişik ki, məsələyə real yanaşsın. Bütün sahələrdə sanksiyaların götürülməsi və iqtisadi zəmanətin alınması, bizim müzakirələr üzrə iş gündəmimizdə duran mühüm cəhətlərdəndir.

Əmir-Abdullahian əlavə edib: Məncə, amerikalı tərəf İranın qırmızı xətlərini yaxşı şəkildə dərk edib. Danışıqları davam etdirəcəyik. Anlaşma nöqtəsinə çatan kimi, bizim müzakirələrdəki nümayəndəmiz yekun dəyişiklikləri tətbiq edəcək.

İranın xarici işlər naziri Əlməsirə telekanalının müxbiri ilə müsahibəsinin digər bir hissəsində İranın Fələstinə tam dəstək verdiyini deyib. Bildirib ki, İran İslam Respublikası Qüds paytaxt olmaqla Fələstinin bütün tarixi ərazilərində vahid bir ölkənin təşkil edilməsi məqsədilə bu ölkənin himayədarı olaraq qalacaq. Qüdsdə namaz qılmaq, ilahi bir vəddir. Fələstin xalqının və müqavimətin şəhidlərinin qanları bu ilahi vədin həyata keçməsi yolunda təqdim olunub.