İİR və Türkiyə xarici işlər nazirləri telefonla danışıblar
İranın xarici işlər naziri Türkiyənin xarici işlər naziri ilə telefon söhbətində iki ölkənin birgə su ehtiyatlarının idarə olunması və ekologiyanın mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlıqların daha da inkişaf etdirilməsinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian və Mövlud Çavuşoğlu bu telefon söhbətində bəzi regional və beynəlxalq məsələlər, eləcə də ikitərəfli əlaqələr sahəsindəki son olaylar barədə fikir mübadiləsi aparıblar.
İranın xarici işlər naziri telefon söhbətində səadətli Fitr bayramını təbrik etməklə iki ölkənin yüksək vəzifəli rəsmilərinin səfərlərinin davam etməsini Tehran-Ankara əlaqələrinin daha da genişləndirilməsi istiqamətində dəyərləndirib.
Mövlud Çavuşoğlu da iki ölkənin səmimi və dostcasına münasibətlərinin yüksəldilməsi istiqamətində təsirli və duyulası addımların atılması vacibliyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri həmçinin bu ölkənin ikitərəfli strateji həmkarlıqlar üzrə ali şuranın yeddinci iclasının tez bir zamanda keçirilməsinə hazır olmasına və Ərdoğanın İrana səfərinə təkid edib.