Xarici naşirlər Tehran kitab sərgisində geniş iştirak edəcəklər
Otuz üçünücü Tehran beynəlxalq kitab sərgisinin beynəlxalq məsələlər üzrə şöbə müdiri xarici naşir və səfirliklərin bu sərgidə geniş iştiraklarından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseynəli Səbzə deyib ki, qonaqlar və sərgilərin müdirləri bölməsində Tacikistan və Suriyadan qonaqlar, həmçinin Qətər, Oman, İraq və Azərbaycan Respublikasının beynəlxalq kitab sərgilərinin başçıları qəbul ediləcəklər.
Otuz üçünücü Tehran beynəlxalq kitab sərgisinin beynəlxalq məsələlər üzrə şöbə müdiri əlavə edib: 2022-ci il Tehran beynəlxalq kitab sərgisinin maliyyə imkanı Bosniya və Herseqovina, Pakistan, Türkiyə, İtaliya və Rusiyadan olan iranşünaslara, tərcüməçilərə və naşirlərə şamil olur.
Hüseynəli Səbzə həmçinin bildirib ki, xalqlar bölməsində naşirlərin təcrübələr mübadiləsi, məşvərət və təqdimat üzrə otuzdan çox yığıncaq nəzərdə tutulub.