İran Prezident Administrasiyası:
"Nikbət Günü sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin başlanğıcıdır"
İran Prezident Administrasiyası nəzdində Fələstin Xalqının İslam İnqilabına Dəstək Komitəsi Nikbət Gününü sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərinin göstəricisi kimi qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran Prezident Administrasiyası nəzdində Fələstin Xalqının İslam İnqilabına Dəstək Komitəsi Nikbət günü münasibəti ilə bəyanat yayıb .
Bəyanatda deyilir: "Nikbət Günü" elə bir gündür ki onda, sionist düşmən günühsız insanların qanının tökülməsi, saysız-hesabsız əzab-əziyətlər, şəhər və kəndlərin dağıdılması, torpaqların müsadirə edilməsi, yaşayış məntəqələrinin genişləndirilməsi, qədim abidələrin və İslamın müqəddəs məkanlarının habelə Fələstin və İslamı təmsil edən hər şeyin dağıdılması bahasına özünün qeyri-legitim varlığını elan etdi.
Bəyanatın davamında əlavə olunub: Saxta sionist rejim Fələstin xalqının aşkar hüquqlarını tapdalamaqda və saysız-hesabsız cinayətlər törətməkdə davam edərək, mümkün qədər çox insanı öz yurd-yuvalarından qovmaq üçün heç bir düşmənçilik hərəkətdən əl çəkməyib.
İran Prezident Administrasiyası nəzdində Fələstin Xalqının İslam İnqilabına Dəstək Komitəsi daha sonra bildirib: Bu faciəli günün xatırlanması Fələstin xalqı üçün acı və ağrılı olsa da, hər il belə bir gündə fələstinlilər və çoxlu sayda azadlıqsevə insan, mitinqlər və etiraz aksiyaları keçirərək, bu taptalanmış hüququn heç vaxt unudulmayacağını xatırladırlar.
"Cinayətkar sionist rejim öz məşum planlarına uyğun olaraq, bütün əxlaqi və humanitar prinsiplərə məhəl qoymadan və bütün beynəlxalq hüquq və normaları pozaraq, heç bir cinayətdən əsirgəməyib və ən soncinayətində Əlcəzirə telekanalının müxbirini şəhid etməklə beynəlxalq qanunları açıq şəkildə istehza edib", - deyə bəyanatın davamında qeyd edilib.