Şiə-sünni birliyi strateji bir məsələdir
https://azeri.sahartv.ir/news/İran-i389106-Şiə_sünni_birliyi_strateji_bir_məsələdir
İran İslam Respublikasının prezidenti sünni əhlindən olan din alimlərindən bir qrupu ilə görüşdə şiə-sünni vəhdətini strateji bir məsələ adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2022 08:34 Asia/Baku
  • Şiə-sünni birliyi strateji bir məsələdir

İran İslam Respublikasının prezidenti sünni əhlindən olan din alimlərindən bir qrupu ilə görüşdə şiə-sünni vəhdətini strateji bir məsələ adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün keçirilən bu görüşdə sünni əhlindən olan vətəndaşların və din alimlərinin ölkə tarixindəki yerini önəmli adlandırıb. Bildirib ki, sünni əhlindən olan din alimləri və mütəfəkkirlər öz diyarlarında bir çox xidmətin mənşəyidirlər və illərdir, İslami İranda şiə və sünni bir-birilə yanaşı yaşayır.

Rəisi görüşün davamında sünni əhlindən olan bəzi din alimlərinin idarəçilik vəzifələrində onlardan daha çox istifadə edilməsinə dair xahişinə işarə edib və belə söyləyib: Ləyaqəti olanlardan istifadə, mühüm və zəruri bir məsələdir. Dövlət üçün meyar, səmərəlilikdir və hər bir vilayətdə həmin vilayətin yerli qüvvəsindən istifadəyə təkid edirəm.

Çıxışının başqa bir hissəsində regionda təkfirçi cərəyanların inkişafı məsələsinə işarə edən Rəisi belə qeyd edib: Ölkədə təkfirçi və sələfi təfəkkürlərin sızmasından ehtiyatlı olmalıyıq; İngilis şiəsi ilə amerikan sünnisi bir sikkənin iki üzüdür. Onların hər ikisi İslam Dünyasının birliyinə qarşıdır.