İran qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır
https://azeri.sahartv.ir/news/İran-i389184-İran_qonşularla_yaxşı_münasibətlərin_qurulmasının_tərəfdarıdır
İran İslam Şurası Məclisi sədrinin birinci müavini ölkəsinin qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2022 16:38 Asia/Baku
  • İran qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır

İran İslam Şurası Məclisi sədrinin birinci müavini ölkəsinin qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib ki, İran qətiyyətlə İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə çalışır və İran özünə qarşı zalım sanksiyalara baxmayaraq həmişə bölgədə sülhün tərəfdarı olub.

Onun sözlərinə görə, İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır: “Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”.