Davosda İranın iqtisadi-ticari proqram və baxışları bəyan ediləcək
https://azeri.sahartv.ir/news/İran-i389467-davosda_İranın_iqtisadi_ticari_proqram_və_baxışları_bəyan_ediləcək
İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: Davos forumunda İranın iqtisadi-ticari proqram, baxış, fürsət və imkanlarını şərh edəcəyəm.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2022 06:32 Asia/Baku
  • Əmir Abdullahiyan
    Əmir Abdullahiyan

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: Davos forumunda İranın iqtisadi-ticari proqram, baxış, fürsət və imkanlarını şərh edəcəyəm.

SəhərAzəri-nin məlumatına əsasən, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə günü Sürixə daxil olub. O, bu əsnada deyib: 13-cü dövlətdə xarici siyasət proqramının minimum qırx faizinin iqtisadi və ticari məsələlər üzərində təmərküzləşdiyinə görə, Davos forumunda İranın bununla bağlı baxışları, fürsəİranın tləri və imkanlarını şərh edəcəyəm.

Əmir Abdullahiyan əlavə edib: Davos forumunda bəzi ikitərəfli görüşlər nəzərdə tutulub. Təbii ki, İran İslam Respublikasının dünyanın bəzi ölkələri ilə münasibətlərinin genişləndirilməsi istiqamətində bu fürsətdən istifadə edəcəyik.