İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk
https://azeri.sahartv.ir/news/İran-i389484-İmam_cəfər_sadiq(ə)_ın_şəhadətinin_ildönümü_günü_münasibətilə_başsağlığı_veririk
Sabah, 1443-cü hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2022 14:16 Asia/Baku
  • İmam Cəfər Sadiq(ə)-ın şəhadəti
    İmam Cəfər Sadiq(ə)-ın şəhadəti

Sabah, 1443-cü hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Cəfər Sadiq(ə) öz mübarək həyatı boyunca böyük elmi-mədəni hərəkata başlaya və şiə məktəbinin elmi əsaslarını möhkəmlədə bildi.

Dağıdıcı və anti-İslam təfəkkürlərin əsl İslam yolunda böyük bir təhlükə olduğu dövranda İmam Cəfər Sadiq(ə) öz elmi mübarizələri ilə anti-İslam təfəkkürlərin yayılmasına mane oldu.

İmam Cəfər Sadiq(ə)-ın söhbət və debatları, o həzrətin dəlilləri və məntiq qüdrəti,/ həmçinin dini şübhələrə cavab verməsi ilə,/ şiə məktəbinin canlanmasında çox mühüm rola malik olubdur.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin altıncı imamı-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara başsağlığı verir.