May 27, 2022 19:54 Asia/Baku
  • Höccətülislam Kazım Seddiqi
    Höccətülislam Kazım Seddiqi

Livan Hizbullahının sionistlər üzərindəki qələbəsinin iyirmi ikinci ildönümünü təbrik edən Tehranın cümə namazı xitabətçisi deyib: Livan Hizbullahının qələbəsilə məğlubiyyətin acı duyğusu sionistlərin vücuduna axdı və amerikanların buynuzları sındı.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Seddiqi Livan Hizbullahının sionistlər üzərindəki qələbəsinin mübarək iyirmi ikinci ildönümü günü münasibətilə müqavimətin qəhrəman komandanı Seyid Həsən Nəsrullahı, bütün Livan xalqını və müqavimət cəbhəsini təbrik edib.

Tehranın cümə namazı xitabətçisi söyləyib: Səudiyyə Ərəbistanı Livandakı son seçkilərdə, Amerikanın əlaltılarından olan nəzərdə tutduğu şəxslərin qələbəsi üçün ağır xərclər çəksə də, Livan xalqı, sərt bahalıqlara dözməsinə, bütün o təbliğat və pulsəpmələrə rəğmən, bu məsələlərə məhəl qoymadı və Hizbullahın və müqavimətin himayə etdikləri namizədlər Livan seçkilərinin qalibləri oldular.

 

Teqlər