İyunun 13-də Vəhy diyarına ilk karvan göndəriləcək
İranın Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri deyib ki, iyunun on üçü, ziqədə ayının on üçünə təsadüf edir və həmin gün iranlı zəvvarların ilk karvanı Vəhy diyarına göndəriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, Vəhid İsgəndəri IRNA ilə müsahibədə deyib: Həcc əməllərini yerinə yetirmək istiqamətində Vəhy diyarına göndərilmək üçün indiyədək 35 min 841 nəfər qəti qeydiyyatdan keçib.
Bu il Ərəbistan həcc nazirliyinin qərarına görə, 65 yaşından yuxarı şəxslər təməttö həccinə göndərilməyəcəklər- deyən İsgəndəri söyləyib: Korona şəraitinə görə və Ərəbistanın korona xəstəliyinin ehtimal üzrə sirayət etməsinin qarşısını almağa dair qərarına əsasən, builki təməttö həccində İrandan təqribən qırx min nəfər iştirak edə bilər.
Qabaqkı illərdə səksən beş minə yaxın iranlı zəvvar Vəhy diyarına gedərdi.