İran İslam Respublikasından Azərbaycana mühüm mesaj Ovci: Azərbaycanla əlaqələrə xüsusi diqqət yetiririk
https://azeri.sahartv.ir/news/İran-i389773-İran_İslam_respublikasından_azərbaycana_mühüm_mesaj_ovci_azərbaycanla_əlaqələrə_xüsusi_diqqət_yetiririk
İran İslam Respublikasının neft naziri bəyan edib ki, prezidenti Seyid İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2022 10:11 Asia/Baku
  • Ovci: Azərbaycanla əlaqələrə xüsusi diqqət yetiririk
    Ovci: Azərbaycanla əlaqələrə xüsusi diqqət yetiririk

İran İslam Respublikasının neft naziri bəyan edib ki, prezidenti Seyid İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Cavad Ovci sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti Rəisinin administrasiyasının əsas xarici siyasətidir.
O həmçinin qeyd edib ki, İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirəcək.
Nazir vurğulayıb ki, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.