Əmir-Abdullahiyan sabah Türkiyəyə səfər edəcək
https://azeri.sahartv.ir/news/İran-i389778-Əmir_abdullahiyan_sabah_türkiyəyə_səfər_edəcək
İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2022 13:26 Asia/Baku
  • Əmir-Abdullahiyan sabah Türkiyəyə səfər edəcək
    Əmir-Abdullahiyan sabah Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək.

Bu, Əmir-Abdullahiyanın Türkiyəyə ilk səfəridir.

Bu səfər İranın on üçüncü dövlətinin qonşu ölkələrlə əlaqələri genişləndirmək üzrə xarici siyasət strategiyası istiqamətində həyata keçirilir.

Sabah həmçinin Türkmənistan, Azərbaycan Respublikası və Türkiyə xarici işlər nazirlərinin İstanbulda üçtərəfli iclası keçiriləcək.

Türkmənistan, Azərbaycan Respublikası, Almaniya, Niderland, Şimali Makedoniya və Rusiyanın xarici işlər nazirləri də sabah və qarşıdakı günlərdə Türkiyəyə gedəcəklər.