İran və region ölkələri ətraf mühitin canlandırılmasının vacibliyini vurğulayır
https://azeri.sahartv.ir/news/İran-i389828-İran_və_region_ölkələri_ətraf_mühitin_canlandırılmasının_vacibliyini_vurğulayır
İran və qonşu ölkələrin Tehrandakı səfirləri "Ətraf mühit, regional diplomatiya, iqlim dəyişikliyinin idarə edilməsi, su və toz-torpaq fırtınası ilə mübarizə” adlı toplantıda ətraf mühitin canlandırılmasının vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2022 15:05 Asia/Baku
  • Əli Səlaceqə
    Əli Səlaceqə

İran və qonşu ölkələrin Tehrandakı səfirləri "Ətraf mühit, regional diplomatiya, iqlim dəyişikliyinin idarə edilməsi, su və toz-torpaq fırtınası ilə mübarizə” adlı toplantıda ətraf mühitin canlandırılmasının vacibliyini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Ətraf Mühit Departamentinin rəhbəri Əli Səlaceqə bu toplantıda deyib: "Bu gün iqlim dəyişikliyi kimi təqdim olunan məsələ insanın təbiətə müdaxiləsinin nəticəsidir".

O əlavə edib: "Yer kürəsi artıq bu dəyişikliklərə və şəraitə dözə bilmir, yaşıllıqlar zəifləyib. Su ehtiyatları və yağıntılar azalıb, insanlara təsir edib".

Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri deyib: "Ətraf mühit transsərhəd bir məsələdir və ona əsassız yanaşmaq olmaz".

Son illərdə toz hissəcikləri və toz-torpaq fırtınaları fenomeni kəskin şəkildə genişlənib; Bu məsələ region ölkələrində ətraf mühitə geridönməz ziyan vurub. 

Bir neçə il davam edən quraqlıq dövrü və son 20 ildə, xüsusən də Türkiyənin cənubunda mülahizəsiz bənd tikintisi bu hadisənin əsas səbəbi hesab olunur.