İran-Türkiyə uçuşlarının sayı artıb
https://azeri.sahartv.ir/news/İran-i389886-İran_türkiyə_uçuşlarının_sayı_artıb
İranın Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib ki, İran və Türkiyə arasında həftəlik uçuşların sayı 110-a yüksəlib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 07, 2022 09:44 Asia/Baku
  • İran-Türkiyə uçuşlarının sayı artıb

İranın Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib ki, İran və Türkiyə arasında həftəlik uçuşların sayı 110-a yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası ilə Türkiyə arasında ticarət dövriyyəsi son illər əhəmiyyətli dərəcədə artıb.

İran və Türkiyə illik ticarət dövriyyəsini ildə 30 milyard dollara çatdırmağı planlaşdırır.

İRİB-in məlumatına görə, İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mir Əkbər Rəzəvi deyib: "İranın Mülki Aviasiya Təşkilatının yüksək rütbəli rəsmisi Həsən Xoşxu ilə Türkiyə Mülki Aviasiyasının baş direktoru Kamal Yüksek arasında keçirilən görüşdə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılıb. 

Rəzəvi həmçinin qeyd edib ki, bu görüşdə əvvəlki razılaşmaların icrası vurğulanıb və İran şirkətlərinin Türkiyədəki yanacaq problemini həll etmək üçün hər iki tərəfin təklifləri irəli sürülüb və nəzərdən keçirilib.

Rəzəvi əlavə edib: "Hər iki ölkənin aviaşirkətlərinin tələblərindən sonra və sərnişinlər üçün əlavə şərait yaratmaq məqsədilə İran və Türkiyə arasında həftəlik uçuşların sayı əvvəlki 100 aviareysdən 110-a yüksəlib.