Təbəs dəmiryolu qəzasında ölənlərin sayı 21-ə çatıb
https://azeri.sahartv.ir/news/İran-i389922-təbəs_dəmiryolu_qəzasında_ölənlərin_sayı_21_ə_çatıb
Təbəs-Yəzd sərnişin qatarı bu gün səhər saatlarında ekskavatorla toqquşma nəticəsində relsdən çıxıb. Yəzd təcili yardım mərkəzinin bildirdiyinə görə, hadisədə indiyədək 21 nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 11:01 Asia/Baku
  • Təbəs dəmiryolu qəzasında ölənlərin sayı 21-ə çatıb

Təbəs-Yəzd sərnişin qatarı bu gün səhər saatlarında ekskavatorla toqquşma nəticəsində relsdən çıxıb. Yəzd təcili yardım mərkəzinin bildirdiyinə görə, hadisədə indiyədək 21 nəfər həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Cənubi Xorasan və Yəzd valiləri, həmçinin Təbəsin icra hakimi ilə telefon söhbətlərində Təbəs dəmiryolu hadisəsində bədən xəsarəti alanlar və sağ qalanların son durumunu öyrənib,/ hadisənin səbəblərinin araşdırılması üçün göstərişlər verib.

Ayətullah Seyid İbrahim Rəisi nazirlər kabinetinin iclasından sonra Cənubi Xorasan və Yəzd valiləri, həmçinin Təbəsin icra hakimi ilə yaratdığı telefon əlaqələrində qeyd olunan dəmiryolu qəzasında bədən xəsarəti almış insanlara yardım göstərmək üçün bütün imkanların səfərbər edilməsinə təkid edib.

Bu kədərli hadisə qurbanlarının ailələrinə başsağlığı verən Rəisi, Allah-Taalanın dərgahından, onlar üçün səbir və əcr diləyibdir.