İrana qarşı transsərhəd təhdidlərin şəbəkə əsaslı monitorinqi aparılır
-
Əli Hacilu
İran İslam Respublikası Ordusunun şimal-qərb bölgəsindəki qərargahının komandanı vurğulayıb: Transsərhəd təhdidlər şəbəkə əsaslı şəkildə izlənilir və onların məlumatları əldə edilir.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Silahlı Qüvvələrinin geniş və təsiredici mövcudluğu ilə ölkənin sərhədləri regionun ən təhlükəsiz sərhədlərinə çevrilib.
İran sərhədçiləri anti-təhlükəsizlik hərəkətləri izləmək üçün Silahlı Qüvvələrdəki gənc iranlı mütəxəssislər tərəfindən hazırlanmış ən qabaqcıl avadanlıqlardan istifadə edirlər.
"Gənc Reportyorlar Klubu"nun məlumatına görə, İran İslam Respublikası Ordusunun şimal-qərb qərargahının komandanı briqada generalı Əli Hacilu deyib: "Bu gün quru qoşunları struktur və təşkilatçılıq baxımından illərlə təcrübə topladıqdan sonra heç bir ölkədən nümunə götürməyib və özü ölkənin strateji sahədə texnika və əməliyyat tələbatına cavab verən struktur və təşkilat yaradıb.
Hacilunun dediyinə görə, İran İslam Respublikası Ordusunda hərbi biliklərin istehsalı ilə eyni vaxtda, bu gün texnika istehsalı sahəsində mühüm irəliləyişlər əldə olunub və quru qoşunları zirehli texnika, artilleriya, elektron müharibə və ağıllı silahların istehsalı sahəsində əsaslı addımlar ata bilibdir.
İran Ordusunun şimal-qərb qərargahının komandanı ölkənin şimal-qərb bolgəsindəki missiyaların bir hissəsinin sərhəd monitorinqi və təhlükəsizliyi olduğunu bildirib və əlavə edib: "Bu gün sərhəd monitorinqi sahəsində quru qoşunları smart kameralar və PUA sistemləri və şəbəkə əsaslı sistemlərdən istifadə edir və potensial təhlükələrə sərhədlərin xaricindən nəzarət edilir.
Briqada generalı Əli Hacilu həmçinin deyib: "Bu gün daxili avadanlıqlardan istifadə etməklə, strateji sahədəki təhdidlərə və əməliyyat ehtiyaclarımıza cavab veririk və sistemə istənilən təhdid daxil olduqda, ona uyğun qərar qəbul edib, atəş açacağıq".