Xətibzadə: "MAQATE öz qeyri-müəyyənliklərinə görə düzgün yol tutmalıdır"
-
Xətibzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü Beynəlxalq Atom Enerjisi Agentliyinə xitabən bildirib ki, əgər hər hansı bir sual və ya anlaşılmazlıq varsa, düzgün yolla getmək lazımdır.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Əl-Ərəbiyyəyə telekanalına verdiyi müsahibədə deyib: "Nüvə razılaşmasını canlandırmaq üçün İranla danışıqlar dalana dirənib".
O, son iddialarını təkrarlayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda bəzi faktları aydınlaşdırmağa çalışdığını və MAQATE-nin qaldırdığı texniki suallarla bağlı Tehrandan heç bir cavab almadığını bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həftəlik mətbuat konfransında deyib: "Bizim həmişə tövsiyəmiz budur ki, Qrossi öz texniki vəzifələri çərçivəsində şərh verməlidir".
O əlavə edib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin birgə bəyanatı martın 5-də yazılıb və təqib olunub və MAQATE-də hələ də qeyri-müəyyənliklər və suallar varsa, bu yol uyğun deyil.
Xətibzadə İranın təqdim etdiyi təşəbbüsə toxunaraq, deyib: "İran bütün təxribatlara baxmayaraq, danışıqları davam etdirməyə çalışdı və təşəbbüsü iki xarici işlər naziri vasitəsilə ABŞ-a çatdırdı, yol xəritəsi və vaxt qrafiki təyin etdi".
İranın Xarici İşlər Nazirliyinin sözçüsü sonda qeyd edib ki, əgər Birləşmiş Ştatlar bütün sanksiyaları ləğv etsə və İranın təşəbbüsü ilə cəld hərəkət etsə, razılaşma tezliklə yekunlaşacaq.