Xətibzadə: Vyana danışıqlarında diplomatiya qatarı relsdən çıxmayıb
https://azeri.sahartv.ir/news/İran-i390329-xətibzadə_vyana_danışıqlarında_diplomatiya_qatarı_relsdən_çıxmayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik mətnuat konfransında İrana qarşı sanksiyaların aradan qaldırılması üzrə Vyana danışıqlarının vəziyyəti ilə bağlı suala cavab olaraq, bildirib ki, İran hələ də diplomatiya yolunda hərəkət edir və bu qatar relsdən çıxmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2022 13:09 Asia/Baku
  • Xətibzadə: Vyana danışıqlarında diplomatiya qatarı relsdən çıxmayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik mətnuat konfransında İrana qarşı sanksiyaların aradan qaldırılması üzrə Vyana danışıqlarının vəziyyəti ilə bağlı suala cavab olaraq, bildirib ki, İran hələ də diplomatiya yolunda hərəkət edir və bu qatar relsdən çıxmayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə əlavə edib: "ABŞ qeyri-qanuni və birtərəfli qaydada nüvə sazişindən çıxdı və maksimum təzyiq göstərdi, lakin onların bu siyasəti fiaskoya uğradı". 

Xətibzadə qeyd edib ki, ABŞ administrasiyasının sədaqətsizliyinə baxmayaraq, Vyana danışıqlarında diplomatiya qatarı relsdən çıxmayıb. 

"Biz ümid edirik ki, Amerika tərəfi tezliklə sazişin imzalanması ilə nəticələnən yola qayıdacaq. Biz yaxşı və güclü razılaşma əldə etməyə hazırıq", - diplomat əlavə edib.

Xətibzadə Yunanıstan tərəfindən ələ keçirilən İran tankeri ilə bağlı deyib: "Biz Yunanıstan hökumətinə qanuni imkanlarından istifadə etməyi tövsiyə etdik. Buna görə də, İranın neft yüklərinin praktiki olaraq, sərbəst buraxılmasının şahidi olacağımıza ümid edirik".  

O, həmçinin Yunanıstanın İran təfərindən saxlanılan neft tankerləri ilə bağlı məhkəmə prosesinin davam etdiyini bildirib və əlavə edib: "Yunanıstan hökuməti hüquqşünaslar vasitəsilə gəmilərin buraxılması üçün sənədləri hazırlamağa çalışıb".

Türkiyənin Suriyadakı əməliyyatı məsələsi ilə bağlı sualı cavablandıran iranlı yüksək səviyyəli diplomat deyib: "İran-Türkiyə münasibətləri yaxşı, çoxşaxəli və stratejidir, lakin Suriya məsələsi iki aktyor olaraq, Astana prosesi kimi proseslərdə həll etməyə çalışdığımız mübahisəli işlərdən biridir".

Xətibzadə ABŞ-ın Suriya xalqına qarşı tətbiq etdiyi sanksiyalara da toxunaraq, ABŞ-ın sanksiyalarını xalqlara qarşı açıq-aşkar iqtisadi terrorizm kimi dəyərləndirib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, ABŞ və onun bölgədəki və regiondan kənardakı müttəfiqləri muzdlu əsgərlər vasitəsilə Suriyada terrorçuları yerləşdirməyə və Suriyanın mərkəzi hökumətini devirməyə çalışdılar, lakin Suriya xalqının müqaviməti ilə məğlub oldular. 

Xətibzadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə sonu Tehrana səfər edəcəyini də bildirib.