Azərbaycan Respublikasının mədəniyyət naziri İran rəsmisilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i390392-azərbaycan_respublikasının_mədəniyyət_naziri_İran_rəsmisilə_görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri və onu müşayəiət edən nümayəndə heyəti İran milli kitabxanası və sənədlər təşkilatının sədri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2022 10:01 Asia/Baku
  • mədəniyyət naziri
    mədəniyyət naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri və onu müşayəiət edən nümayəndə heyəti İran milli kitabxanası və sənədlər təşkilatının sədri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, bu ölkənin İrandakı səfiri Əli Əlizadə, mədəni irsin qorunması, genişləndirilməsi və bərpası üzrə dövlət xidmətlərinin sədr müavini Cavid Ramazan, Azərbaycan Respublikasının mədəniyyət nazirliyini beynəlxalq məsələlər departamentinin sədri Aqil Cuneşov və bu departamentdə xarici ölkələrlə həmkarlıq üzrə şöbə müdiri İsa Məmmədov İran milli kitabxanası və sənədlər təşkilatının sədri Əlirza Muxtarpurla görüşüblər.

Əlirza Muxtarpur bu görüşdə bildirib ki, Azərbaycan Respublikasının mədəniyyət nazirinin İranın milli kitabxanasında olması iki ölkənin kitabxana və sənədlər sahəsi üzrə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçir.

Azərbaycan Respublikasının mədəniyyət naziri də deyibdir ki, İran milli kitabxanası və sənədlər təşkilatı dəyərli bir xəzinədir. Bu əsasda, Azərbaycan adət-ənənələrinə aid olan əsər və kitablarla tanış olmaq üçün əməkdaşlığın gücləndirilməsi və möhkəmləndirilməsini istəyirik.