Rəisi: Qarşılıqlı mənafe naminə ortaq dil tapmışıq
https://azeri.sahartv.ir/news/İran-i390641-rəisi_qarşılıqlı_mənafe_naminə_ortaq_dil_tapmışıq
İran İslam Respublikası prezidenti Xəzəryanı ölkələrin 6-cı sammitində vurğulayıb: "İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi və region xalqlarını birləşdirən və bir araya gətirən amil hesab edir, qarşılıqlı hörmət və maraqlara əsaslanan hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirir".
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 29, 2022 14:50 Asia/Baku
  • Rəisi: Qarşılıqlı mənafe naminə ortaq dil tapmışıq

İran İslam Respublikası prezidenti Xəzəryanı ölkələrin 6-cı sammitində vurğulayıb: "İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi və region xalqlarını birləşdirən və bir araya gətirən amil hesab edir, qarşılıqlı hörmət və maraqlara əsaslanan hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirir".

SəhərAzəri-nin məlumatına əsasən, Prezident Administrasiyasının İnformasiya Portalının məlumatına görə, Seyid İbrahim Rəisi bu gün Aşqabadda keçirilən Xəzəryanı ölkələrin 6-cı sammitində çıxışı zamanı deyib: "Çoxsaylı sənədlər tərtib etməklə biz əməkdaşlıq və bu su mühitinin nemətlərindən bəhrələnmək üçün münasib hüquqi əsaslar yaratmışıq və bütün bu nailiyyətlər ölkələrimizin səylərinin, müdrikliyinin, uzaqgörənliyinin, bütöv baxışının və hüquq və qarşılıqlı maraqlarının nəzərə alınmasının nəticəsidir".

Rəisi əlavə edib: "Sahilyanı ölkələr olaraq, bir çox hüquq və vəzifələrimiz var. İqtisadi inkişaf və xalqlarımızın rifahının və təhlükəsizliyinin təşviqi, bir-birinin suverenliyinə, hüquqlarına və səlahiyyətlərinə hörmətə nail olmaq məqsədi ilə dənizin kövrək mühitinin qorunması, canlı resurslardan düzgün istifadə edilməsi, eləcə də Xəzər dənizinin mineral ehtiyatlarının istismarı üçün məsuliyyətli fəaliyyət məsuliyyətli fəaliyyət bu su hövzəsində hüquq və vəzifələrimizin bir hissəsidir.

Raisi qeyd edib ki, beştərəfli əməkdaşlığa önəm verməklə və birtərəfli hərəkətlərə yol verməməklə, mövcud imkanlara və əməkdaşlığı genişləndirməyə əsaslanaraq, Xəzər regionunu “sülh və dostluq regionu” kimi qoruyub saxlamalı, regionun və onun sahilyanı ölkələrinin uzunmüddətli maraqlarına ciddi diqqət yetirməli və Xəzərlə bağlı bütün qərarlarda "yekdillik prinsipinə" riayət etməliyik.

İran prezidenti həmçinin deyib: "İran İslam Respublikası coğrafi mövqeyinə və uyğun infrastrukturuna görə öz ərazisi vasitəsilə Xəzəryanı ölkələrin digər ölkələrə və bölgələrə, xüsusilə də İranın Fars körfəzi və Oman dənizindəki limanlarına tranzitini və çıxışını təmin etməyə hazırdır".