ABŞ-ın İranın sərnişin təyyarəsini vurmasından 34 il ötür +FOTO
Bu gün 3 iyul 2022-ci il ABŞ-ın "Vincennes" hərbi gəmisinin İranın Bəndər Abbas limanından Dubaya uçan Airbus sərnişin təyyarəsinə raket hücumunun ildönümü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, 34 il əvvəl, belə bir gündə (3 iyul 1988-ci il) Vincennes hərbi gəmisinin İranın sərnişin təyyarəsinə raket atması nəticəsində 66-sı uşaq və 53-ü qadın olmaqla, 290 sərnişinin hamısı şəhid oldu.
Bu təyyarənin düşməsindən sonra ABŞ rəsmiləri bu bağışlanmaz cinayəti əsaslandırmaq üçün ziddiyyətli səbəblər irəli sürdülər və bu düşmənçilik hərəkətini səhv kimi qələmə verməyə çalışdılar, lakin Vincennes hərbi gəmisinin ən qabaqcıl radar və kompüter sistemləri ilə təchiz olunduğunu nəzərə alaraq, eyni zamanda uçuşda olan təyyarənin tipinin bəlli olduğuna görə səhv ehtimalının olmadığı və bu hərəkətin tamamilə düşmənçilik olduğu qəbul edilmişdir.
Bu gün bu hücumun qurbanlarının ailələri və hakimiyyət orqanları Fars körfəzi sularında 290 sərnişin təyyarəsinin şəhid olduğu yerə gül səpərək, insanlığa zidd olan bu cinayətin qurbanlarının xatirəsini anırlar.